Tarix: 25-06-2026 | Saat: 11:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycanda dini konfessiya rəhbərləri qanvermə aksiyasında iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak etməyəcək. Belə ki, QMİ sədri “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində keçirilən illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir.
Qeyd edək ki, bu gün Aşura günüdür.
Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.
Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.
Xatırladaq ki, Məhərrəm ayı iyunun 16-dan başlayıb.
Digər xəbərlər



























