Saytımızı qiymətləndirin


 
 

Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin diplomatiyadan hələ imtina etməyib
Tarix: 27-09-2026 | Saat: 19:53
Bölmə:Karusel / Region | çapa göndər

Abbas Əraqçi, İran xarici işlər naziri

 

İran ABŞ-la müharibənin yenidən başlamağa hazırdır, lakin Prezident Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı təklifi açıq şəkildə rədd etməsindən sonra belə diplomatiyadan hələ imtina etməyib.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “NBC News”-a müsahibəsində bildirib.

“Biz müharibənin yenidən başlamasına tam hazırıq. Qarşımıza çıxan istənilən yeni təcavüz qarşısında, hətta bu, qiyamət müharibəsinə çevrilsə belə, möhkəm dayanacağıq. Eyni zamanda, biz diplomatiyaya da hazırıq. Seçim ABŞ Prezidenti Donald Trampındır”, - deyə İran XİN başçısı qeyd edib.

Qeyd edək ki, İran bu həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində vasitəçi Qətər vasitəsilə ABŞ-a çatdırılan planın bir hissəsi olaraq Hörmüz boğazının açılması və qlobal neft ticarəti üçün kritik əhəmiyyət daşıyan bu dəniz keçidindən normal gəmi hərəkətinin yeddi gün ərzində bərpa olunması ilə bağlı razılaşma təklif edib. Donald Tramp şənbə günü jurnalistlərə verdiyi açıqlamada bu təklifi rədd etdiyini bildirib. : “Onların təklifini rədd etdim. Onlar dərhal boğazı açmaq istədikləri bir razılaşma əldə etmək istəyirlər, çünki çox ağır şəkildə uduzurlar”.

Abbas Əraqçi deyib ki, Donald Trampın açıqlamalarına baxmayaraq, təklifin rədd edilməsi hələ də vasitəçilər vasitəsilə İrana rəsmi şəkildə çatdırılmayıb.

İran XİN başçısı Tehranın münaqişənin başa çatdırılması ilə bağlı razılaşmanın bir hissəsi olaraq boğazı yenidən açmağa hazır olduğunu təsdiqləyib: “Bunun müqabilində dondurulmuş vəsaitlərimizin sərbəst buraxılmasını və neftimizi sata bilmək istəyirik. İraqçı şərtləri yeni deyil, ABŞ-ın artıq iyun ayında imzalanmış Memorandumda bunlarla bağlı öhdəlik götürüb. Bizdən soruşsanız, diplomatiyaya qayıtmamağımız üçün heç bir səbəb yoxdur. Çünki hesab edirəm ki, sülh üçün heç bir şansı əldən verməməliyik. ABŞ-da keçiriləcək aralıq seçkiləri bizi maraqlandırmır. Bizi milli maraqlarımız maraqlandırır”.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər