Tarix: 19-06-2021 | Saat: 08:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
İyunun 16-da keçirilmiş ABŞ-Rusiya sammitindən sonra Britaniyanın Baş naziri Boris Consonla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Moskva davranış xəttini dəyişərsə, Britaniya hökumətinin başçısı Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etməyə hazırdır.
Ben Uolles
“Boris Conson, əlbəttə ki, əgər onlar əhəmiyyətli bir addım atmağa imkan verərsə, hər hansı görüşün keçirilməsinə açıqdır”, - Britaniya-Rusiya sammitinin mümkünlüyü barədə suala cavabında Uolles deyib. “Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində addım atmaq üçün vaxt, şübhəsiz, gələcək, biz buna ümid edirik. Lakin, bu, [Rusiya tərəfindən] müəyyən addımlar atıldıqdan sonra baş verəcək”, - o əlavə edib. Müdafiə naziri bildirib ki, iki ölkə arasındakı münasibətlərdə hələ həllini tələb edən bir çox məsələ qalmaqdadır.
Uolles Rusiya ilə Qərb arasında daimi qarşıdurmaların qorunub-saxlanılmasını istəmədiyini vurğulayıb, çünki bu, heç kimin maraqlarına uyğun gəlmir. Bununla yanaşı, onun iddiasına görə, tərəflər arasında münasibətlərin qaydaya salınması Moskvanın davranışına əsaslanacaq.
“Bununla yanaşı, hər zaman çətin vəziyyətdən çıxış yolu, münasibətlərin yaxşılaşmasına yol təklif etmək lazımdır və mənə elə gəlir ki, Prezident Bayden və Prezident Putinin ikitərəfli görüşü alqışlanmalı olan ilk addımdır”, - nazir çərşənbə günü Cenevrədə keçirilən Rusiya-ABŞ sammitini şərh edərkən bildirib. (Qafqazinfo)
Digər xəbərlər