Saytımızı qiymətləndirin


 
 

Ağ Ev: Tramp və Putin İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər
Tarix: 18-03-2025 | Saat: 23:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Ağ Ev: Tramp və Putin İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər

Donald Tramp və Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər.

Qrabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin liderlərin telefon danışığından sonra yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, hər iki prezident potensial əməkdaşlıq regionu olan Yaxın Şərqdə gələcək münaqişələrin qarşısının alınması ilə bağlı ətraflı müzakirə aparıblar.

Vurğulanıb ki, söhbət zamanı strateji silahların yayılmasının dayandırılmasının zəruriliyi də müzakirə edilib.

"İki lider İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşüblər", - bəyanatda qeyd edilib.

İki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı olacağı bir gələcəyin böyük üstünlüklərə malik olacağında razılaşıblar. Bura sülhə nail olunduğu zaman nəhəng iqtisadi sövdələşmələr və geosiyasi sabitlik daxildir”, - bəyanatda qeyd edilib.



Xəbəri paylaş

61 dəfə oxunub.

Digər xəbərlər