Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarıb”
Tarix: 15-10-2020 | Saat: 16:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Eldar Əzizov: Aparılan dezinfeksiya işlərində 2 min insan iştirak edir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

“Yüz ildən də çox dövrü əhatə edən Azərbaycan-Ermənistan münaqişəsi heç vaxt torpaqların geri qaytarılması ilə nəticələnməyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, ən yeni dövrümüzdə müstəqil Azərbaycanın 20 % torpaqları işğal olunub: “Və məhz bu gün, ilk dəfə olaraq İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarıb və bu proses davam edir. Bu, bizi öz gözümüzdə ucaldan tarixi nailiyyətdir. 

Tarixdə şəxsiyyət faktoru bir daha öz təsdiqini tapır. Prezident ən qısa müddətdə nümunəvi ordu yaratdı, istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirərək bu uğurlara imza atdı. Bununla da Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi. Çox sağ olun, cənab Prezident!”

 

 



Xəbəri paylaş

354 dəfə oxunub.

Digər xəbərlər