Saytımızı qiymətləndirin


 
 

İranın XİN başçısı Qafanda erməni kimi DANIŞDI 
Tarix: 21-10-2022 | Saat: 16:17
Bölmə:Karusel | çapa göndər

İranın XİN başçısı Qafanda erməni kimi DANIŞDI 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian Qafanda konsulluğun açılış mərasimində Ermənistanla bağlı diqqətçəkən açıqlamalar verib.

 

Qarabaginfo.az-ın məlumatına görə, ikitərəfli əməkdaşlıqdan söz açan nazir Ermənistanın təhlükəsizliyinin İran üçün vacib olduğunu söyləyib.

 

"İran hökumətinin Qafanda konsulluğunun açılması ilə bağlı qərarı reallığa çevrildi. Baş konsulumuz peşəkardır, ona işlərində uğurlar arzulayırıq.

 

İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Bizim siyasətimiz ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməkdir. Yaşasın Ermənistan, yaşasın İran”, - deyə iran XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, bu gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib.


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian bu məqsədlə dünəndən Ermənistanda səfərdədir. O, konsulluğun açılış mərasimində ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə iştirak edib.


Konsulluğun inzibati binası istifadəyə verilsə də, orada təmir işləri hələ başa çatmayıb. Səliqəsiz, eyni zamanda təmirsiz binanın açılışına nazirlərin gəlməsi sosial şəbəkələrdə gülüş obyektivinə çevrilib.



Xəbəri paylaş

113 dəfə oxunub.

Digər xəbərlər