Ana Sayfa > Karusel > İranın XİN başçısı Qafanda erməni kimi DANIŞDI
İranın XİN başçısı Qafanda erməni kimi DANIŞDI21-10-2022, 16:17. Yazar: Admin |
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian Qafanda konsulluğun açılış mərasimində Ermənistanla bağlı diqqətçəkən açıqlamalar verib.
Qarabaginfo.az-ın məlumatına görə, ikitərəfli əməkdaşlıqdan söz açan nazir Ermənistanın təhlükəsizliyinin İran üçün vacib olduğunu söyləyib.
"İran hökumətinin Qafanda konsulluğunun açılması ilə bağlı qərarı reallığa çevrildi. Baş konsulumuz peşəkardır, ona işlərində uğurlar arzulayırıq.
İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Bizim siyasətimiz ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməkdir. Yaşasın Ermənistan, yaşasın İran”, - deyə iran XİN başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib.
Geri dön |