Saytımızı qiymətləndirin


 
 

 "Tasnim": İsveçrədə İran-ABŞ danışıqlarında nüvə məsələsi müzakirə edilməyib
Tarix: 22-06-2026 | Saat: 13:07
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

"Tasnim": İsveçrədə İran-ABŞ danışıqlarında nüvə məsələsi müzakirə edilməyib

İsveçrədə baş tutan danışıqlarda nüvə məsələsi müzakirə edilməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Tasnim” İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən İsveçrədə keçirilən danışıqların detalları haqda məlumat yayıb.

Məlumata görə, İran nümayəndə heyəti memorandumun 13-cü bəndinin icrasını izləmək məqsədilə İsveçrəyə gedib.

Bildirilib ki, 13-cü bəndə əsasən, sonrakı mərhələdə yekun saziş üzrə danışıqların başlanması üçün birinci bəndin - Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması, dördüncü bəndin - dəniz blokadasının aradan qaldırılması, beşinci bəndin - Hörmüz boğazının açılması prosesinin başlanması, onuncu bəndin - İran nefti, neft-kimya məhsulları və törəmələrinə tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı istisna qərarlarının verilməsi və on birinci bəndin - aktivlərin azad edilməsinə başlanılmasının icrası təmin olunmalıdır.

Mənbənin sözlərinə görə, memorandumun imzalanmasına baxmayaraq, İsrailin Livana hücumları davam etdiyindən İran nümayəndə heyəti əsas diqqəti birinci bəndin icrasına yönəldib.

Mənbə əlavə edib ki, bu gün Tehran vaxtı ilə səhər saatlarında Qətər və Pakistan tərəfindən yayılan bəyanata əsasən, İran, ABŞ və Livanın iştirakı, Qətər və Pakistanın vasitəçiliyi ilə Livanda birinci bəndin icrasına nəzarət edəcək “münaqişələrin aradan qaldırılması” bölməsi yaradılacaq.

Bununla da Livanla bağlı birinci bəndin icrası üçün mexanizmlər formalaşdırılıb.

O da qeyd edilib ki, dəniz blokadası aradan qaldırılsa da, İran Hörmüz boğazının açılmasını dəniz blokadasının aradan qaldırılması ilə eyni məsələ hesab etmir.

Agentliyin məlumatına görə, Hörmüz boğazının açılması və gələcək danışıqlar Livan və İranla bağlı birinci bəndin icrası, həmçinin İran neftinə tətbiq olunan sanksiyaların ləğvi və aktivlərin azad edilməsinin başlanması da daxil olmaqla digər müddəaların icrası ilə əlaqələndirilir.

Mənbə vurğulayıb ki, əgər 13-cü bənd, xüsusilə Livanla bağlı birinci maddə prioritet olaraq icra olunmasa, İran öz öhdəliklərini “geri qaytarıla bilən” hesab edəcək.

Mənbənin sözlərinə görə, İranın əsas nümayəndə heyətinin İsveçrədəki danışıqları başa çatıb, lakin ekspertlər hələ də İsveçrədə qalaraq memorandumun icrası prosesini izləyir.

Vurğulanıb ki, indiyədək nüvə məsələsi ilə bağlı heç bir danışıqlar aparılmayıb və İran 13-cü bəndin icrasını gözləyir, həmin bənd yerinə yetirilməyənədək nüvə danışıqlarının başlanması üçün vaxtın yetişmədiyini hesab edir.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər