Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejimi bu gündən qüvvəyə minib
Tarix: 16-07-2025 | Saat: 10:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejimi bu gündən qüvvəyə minib

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 16 iyul 2025-ci il tarixində qüvvəyə minib.

Qarabaginfo.az xəbər verir ki, sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Çin Xalq Respublikasının vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 23 aprel 2025-ci il tarixində Pekin şəhərində imzalanıb.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər