Tarix: 06-10-2021 | Saat: 13:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
Sabah Milli Məclisin Səhiyyə komitəsində dinləmələr keçiriləcək. İclasda koronavirusla bağlı son vəziyyət və vaksinasiya məsələləri müzakirə olunacaq.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Məhmudov Modern.az-a bildirib ki, sabah aidiyyatı olan bütün qurumların və TƏBİB rəsmilərinin iclasda iştirakı gözlənilir:
“Sabah aidiyyatı qurumlarla birgə Operativ Qərargahın nəzdində olan digər orqanların bu günə kimi koronavirusla mübarizədə ortaya qoyduqları səylər və datalar analiz olunacaq. Bu datalara görə bundan sonra ehtimal oluna biləcək dalğalar və bu dalğalara qarşı ölkənin həm tibbi, həm də digər sahələr üzrə atıla biləcək addımları barədə fikir mübadiləsi aparılacaq.
Mən düşünürəm ki, həm aidiyyatı komitələr, eləcə də Operativ Qərargahın nəzdində olan qurumlar, eyni zamanda TƏBİB-in iştirakı ilə baş tutacaq iclas gələcək planların qurulması baxımından vacib bir addımdır”.
Digər xəbərlər