“Fransa tərəfindən həmin şəxsə viza verilməyib”.
Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross deyib.
O, Qarabağdakı qondarma rejimin “parlament rəhbəri” Artur Tovmasyanın Parisə səfəri çərçivəsində separatçı qurumun “daimi nümayəndəsi” Ovanes Gevorkyanla görüşünə toxunub.
Səfir vurğulayıb ki, Fransada belə bir “daimi nümayəndəlik” yoxdur:
“Yalnız özünü belə adlandıran qeyri-hökumət təşkilatı var, lakin onun heç bir rəsmi statusu, eləcə Fransa hökuməti ilə heç bir əlaqəsi yoxdur”.