Saytımızı qiymətləndirin


 
 

Qrossi: İranda nüvə silahı istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran var
Tarix: 16-04-2024 | Saat: 11:35
Bölmə:Karusel / Dünya | çapa göndər

AEBA, uran, Rafael Qrossi, İran

 

“İranda külli miqdarda zənginləşdirilmiş uranın olması hələ nüvə silahı demək deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O əlavə edib ki, rəhbəri olduğu qurumun əlində rəsmi Tehranın nüvə proqramı barədə hər hansı informasiya yoxdur:

“Uran ehtiyatlarına malik olmaq hələ nüvə silahlı istehsal etmək anlamına gəlmir. Təbii ki, İranın əlində bu növ silahın istehsalına kifayət edəcək həddə zənginləşdirilmiş uranın olması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradır. Onu da qeyd edim ki, mən yaxın həftələrdə İrana səfər etməyi planlaşdırıram. Bu zaman yaranmış vəziyyəti normallaşdırmağa, eləcə də rəsmi Tehranla əməkdaşlığa cəhd edəcəyik”.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır