Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanda hökumət etirazçıların üstünə ordunu göndərir? - RƏSMİ AÇIQLAMA
Tarix: 05-01-2022 | Saat: 13:47
Bölmə:Karusel / Region | çapa göndər

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Qarabaginfo.az “Zakon.kz”a istinadən xəbər verir ki, nazirlik bir müddət əvvəl sosial şəbəkədə Mangistau vilayətinə hərbçilərin yola düşdüyünə dair yayılan məlumatları təkzib edib.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında informasiyaların reallığı əks etdirmədiyini bildirib.

Nazirlik xatırladıb ki, yalan məlumatı yayanlar məsuliyyət daşıyacaqlar.



Xəbəri paylaş

259 dəfə oxunub.

Digər xəbərlər