Ana Sayfa > Karusel / Region > Qazaxıstanda hökumət etirazçıların üstünə ordunu göndərir? - RƏSMİ AÇIQLAMA

Qazaxıstanda hökumət etirazçıların üstünə ordunu göndərir? - RƏSMİ AÇIQLAMA


5-01-2022, 13:47. Yazar: Admin

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Qarabaginfo.az “Zakon.kz”a istinadən xəbər verir ki, nazirlik bir müddət əvvəl sosial şəbəkədə Mangistau vilayətinə hərbçilərin yola düşdüyünə dair yayılan məlumatları təkzib edib.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında informasiyaların reallığı əks etdirmədiyini bildirib.

Nazirlik xatırladıb ki, yalan məlumatı yayanlar məsuliyyət daşıyacaqlar.


Geri dön