Saytımızı qiymətləndirin


 
 

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu ötüb
Tarix: 08-02-2022 | Saat: 00:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu ötüb

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 394 milyonu, ölüm hallarının sayı isə 5,73 milyonu keçib

Bunu Qarabaginfo.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla xəbər verir.

Belə ki, ÜST 394 381 395 yoluxma və 5 735 179 ölüm haqqında məlumat əldə edib. Gün ərzində yoluxanların sayı 2 235 694 nəfər, ölənlərin sayı 10 826 nəfər artıb.

Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı - 75 725 243 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (42 272 014), Braziliya (26 473 273), Fransa (20 204 946) və Böyük Britaniya (17 803 329) yer alıblar.

Ən çox ölüm halı - 893 870 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (631 802), üçüncü yerdə isə Hindistan (502 874) qərarlaşıb. Daha sonra Rusiya (336 023) və Meksika (309 417) yer alıblar.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər