Tarix: 07-09-2025 | Saat: 09:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya sentyabrın 7-nə keçən gecə Ukraynaya növbəti kütləvi zərbə endirdi. Atəş altında Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digər şəhərlər qaldı.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Yuliya Sviridenko “Telegram”da qeyd edib.
Onun sözlərinə görə, müharibənin genişmiqyaslı başlanmasından bəri ilk dəfə hücum nəticəsində Hökumət binası zədələnib.
“Dam və yuxarı mərtəbələr. Xilasedicilər yanğını söndürürlər. Onların işinə görə minnətdaram. Binaları bərpa edəcəyik. Amma itirilmiş həyatları qaytarmaq mümkün deyil. Düşmən hər gün ölkə boyu insanlarımızı terrora məruz qoyur və öldürür”, - deyə o qeyd edib.
Sviridenko vurğulayıb ki, dünya dağıntılara sözlərlə reaksiya verməklə kifayətlənməməli, hərəkətə keçməlidir. Xüsusilə, Rusiyaya qarşı sanksiya təzyiqi gücləndirilməlidir.
“Ən əsası — Ukraynaya silah lazımdır. Terroru dayandıracaq və Rusiyaya hər gün ukraynalıları öldürməyə cəhd etməsinə imkan verməyəcək silah”, - baş nazir bildirib.
Digər xəbərlər