Rubio ABŞ-ın Kuba Prezidentinin istefasını tələb etməsinə dair xəbərləri feyk adlandırıb
Tarix: 18-03-2026 | Saat: 13:40
Bölmə:Karusel / Dünya | çapa göndər
110 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-03-2026 | Saat: 13:40
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Dövlət katibi Marko Rubio Tramp administrasiyasının Kuba Prezidenti Migel Dias-Kanelin istefasını tələb etməsinə dair xəbərləri təkzib edib.
Qarabaginfo.az xəbər verir ki, “X” hesabında “The New York Times“ qəzetində dərc olunan məqaləyə münasibət bildirən Rubio ABŞ-ın Kuba Prezidentini devirmək niyyəti ilə bağlı məlumatı feyk adlandırıb.
O qeyd edib ki, ABŞ-da belə saxta xəbərlərin dərc olunmasının səbəbi bəzi media qurumlarının özlərini məlumatlı mənbə kimi təqdim edən şarlatan və yalançılara arxalanmalarıdır.
Xatırladaq ki, “The New York Times“ ABŞ-ın danışıqlarda irəliləyiş əldə olunması üçün Kuba Prezidentinin vəzifədən getməsini şərt kimi qoyduğunu iddia edib.
Xəbəri paylaş
Digər xəbərlər
12-01-2026, 15:50
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
30-12-2017, 11:33
Alpinistlərlə bağlı son xəbər - “3500 m hündürlükdə bəzi izlərə rast gəldik, lakin...”
12-08-2021, 14:23
İlham Əliyev “Şərəf” ordenini Oljas Süleymenova təqdim edib
22-05-2022, 14:52
Bu gün II qrup üzrə qəbul imtahanı keçirilib
4-05-2023, 10:10
5800 bağça müəlliminin təhsili yoxdur - Nazirlik















