Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 02-04-2022 | Saat: 17:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 558 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1180, üç və daha çox doza vaksin vurduranların sayı 9718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 591 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 326 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 827 053, üç və daha çox doza vaksin vurduranların sayı 3 098 441, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 229 901 təşkil edir.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər