Saytımızı qiymətləndirin


 
 

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib
Tarix: 31-03-2022 | Saat: 20:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsində ikinci yarımfinal görüşünü keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 51-ci gedişdə "sülh"ə razılaşıb.

İkinci qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər