Saytımızı qiymətləndirin


 
 

Dünyada yoluxma azalıb - ÜST
Tarix: 02-03-2022 | Saat: 16:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ötən həftə 10 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 60 mindən çox adam bu infeksiya səbəbindən vəfat edib. Yoluxma hallarının sayı əvvəlki yeddi gündəki ilə müqayisədə 16 faiz, ölüm hallarının sayı isə 10 faiz azalıb.

 

Qarabaqinfo.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, əvvəlki həftə (14-20 fevral) ilə müqayisədə Qərbi Sakit Okean regionunda yoluxanların sayı 32 faiz artıb. Eyni zamanda, ÜST-nin qalan beş regionunda xəstələnmə halları azalıb. Yeni yoluxmaların daha ciddi şəkildə azalması Şərqi Aralıq dənizi bölgəsində (34 faiz) və Amerikada (30 faiz) qeydə alınıb. Hərfə ərzində dünyada bütün yeni yoluxma hallarının 52 faizi Avropanın payına düşür. Bu göstərici 24 faiz azalıb. Qərbi Sakit okean regionunda ölüm halları 22 faiz, Şərqi Aralıq dənizi bölgəsində 4 faiz artıb. Qalan regionlarda bu göstərici azalıb. Afrikada azalma daha ciddi – 59 faiz olub.

 

Həftə ərzində yoluxmaların ən böyük sayı (1.119.632) Almaniyada qeydə alınıb. Bu göstərici üzrə sonrakı yerləri Koreya Respublikası (1.032.008), Rusiya (920.697), Türkiyə (541.259) və Braziliya (519.785) tutur. ABŞ-da qeydə alınmış ölüm halları xüsusilə çox olub (13.663). Sonrakı yerləri Rusiya (5.427), Braziliya (4.361), Meksika (2.027) və Türkiyə (1.838) tutur.

 

İndiyə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 786.502 fakt, bu səbəbdən 9.438 ölüm qeydə alınıb.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər