Saytımızı qiymətləndirin


 
 

"Türk Hava Yolları" bu gün üçün İstanbul-Bakı-İstanbul reyslərini ləğv edib
Tarix: 24-01-2022 | Saat: 16:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türk Hava Yolları bu gün üçün İstanbul-Bakı-İstanbul reyslərini ləğv edib

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.

Aviaşirkətdən Qarabaginfo.az-a verilən məlumata görə, buna səbəb Türkiyədə hava şəraitinin uçuş üçün əlverişli olmamasıdır.

Qarşıdakı günlərdə nəzərdə tutulan aviareyslərlə bağlı isə heç bir dəyişiklik yoxdur. Sərnişinlər bu gün uçmaq üçün aldıqları biletləri başqa tarixə dəyişə və yaxud geri qaytara bilərlər.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər