Saytımızı qiymətləndirin


 
 

Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayılıb
Tarix: 21-05-2021 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Ceyhun Bayramov Tacikistana yola düşdü

 

 

Xxarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Qarabaginfo.az xəbər verir ki, məktubda nazir Ceyhun Bayramov, Azərbaycanın azad edilmiş ərazilərində ölkəmizə qarşı Ermənistan tərəfindən 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti nəticəsində bu ölkənin silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə dair hazırda, münaqişə sonrası dövrdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının əlavə məlumatlar əldə etdiyi barədə məlumat verir.   

Bu xüsusda Baş katibin diqqətinə çatdırılır ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın  nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilir.

Belə ki, 3 aprel 1993-cü il tarixində Ermənistan Silahlı qüvvələrinin Başlıbel kəndinə silahlı hücum edərək, kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etdiyi və tamamilə yandırdığı, kəndi tərk edə bilməyən 62 nəfərin təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığındığı qeyd edilib. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri aşkar edərək, köməksiz vəziyyətdə qalmış mülki şəxsləri qətlə yetirdiyi və aralarında 1 uşaq və 1 yeniyetmə olmaqla 12 nəfəri qəsdən öldürdüyü barədə məlumat verilir.

Başlıbel faciəsinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilir və ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacib olduğu vurğulanır.

Məktubda, nazir həmçinin Ermənistanın hələ 1991-1994-cü illər müharibəsi zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edir və bunun qəbuledilməz olduğunu vurğulayır.

Nazir Ceyhun Bayramov Azərbaycan və Azərbaycanlılara qarşı törədilmiş çoxsaylı müharibə cinayətləri ilə bağlı həqiqətlərin üzə çıxarılmasının, o cümlədən itkin düşmüş minlərlə azərbaycanlının taleyinin müəyyən edilməsi, minaların doğurduğu həyati təhlükənin aradan qaldırılması üçün Baş katibə bir daha müraciət edir və bu məsələlərin həllinin üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: 

https://undocs.org/a/75/875



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər