Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 03-08-2022 | Saat: 17:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 873 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 233, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 822 079, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 243, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 341 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 030 nəfər təşkil edir.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər