"ABŞ Cənubi Qafqazda vəziyyəti qızışdırmağa çalışacaq".
Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu erməni saytına müsahibəsində Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.
“Əlbəttə, ABŞ Rusiya-Ukrayna müharibəsinin "altını qazmaq" üçün Mərkəzi Asiya, Qazaxıstan və Cənubi Qafqazı silkələməyə çalışacaq. Uğur qazanıb-qazanmayacaqları bilinmir.
Bu gün Ukraynada qarşıdurmada olan tərəflər ən azı başqa regionlarda müharibənin başlamasında maraqlıdırlar”, - deyə Satanovski vurğulayıb.