Saytımızı qiymətləndirin


 
 

 “BakıKart” aparatları niyə sökülür? – BNA-dan açıqlama
Tarix: 05-02-2022 | Saat: 13:18
Bölmə:Karusel / Sosial | çapa göndər

 “BakıKart” aparatları niyə sökülür? – BNA-dan açıqlama

Son günlər şəhərin müxtəlif ərazilərində “BakıKart” aparatları sökülür. Aparatların sökülməsi səbəbindən saytımıza müxtəlif şikayətlər də daxil olur.

Məsələni araşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, Yenisabah.az-a açıqlamasında “BakıKart” balansını artırmaq üçün imkanların daha da genişləndirildiyini bildirib:

“Bakı şəhərində “BakıKart”ın balansını artırmaq üçün daha geniş imkanlar yaradılıb. “BakıKart” aparatları əvvəllər yalnız dayanacaq məntəqələrində idisə, indi sərnişinlərimiz bütün marketlərdə digər ödənişlərini edərkən “BakıKart”larının balansını da artıra bilərlər.

Bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir.

Bir daha elan etmək istəyirəm ki, əvvəllər sərnişinlərin yalnız avtobus dayanacaq məntəqəsində 250-ə yaxın ödəmə terminalından balans artırma imkanı var idisə, hansı ki, bu da məhdud hesab edilirdi, bu gün 1400-dən çox “MilliÖn”-ə məxsus olan ödəmə terminalında bu imkan yaradılıb.

Bakı şəhərinin bütün inzibati ərazilərində ən xırda məhəllə marketlərində belə “MilliÖn” terminalları mövcuddur.

“MilliÖn” terminalı vasitəsi ilə nəqliyyat xidmətləri hissəsinə daxil olub, “BakıKart” xidmətini seçib ödənişlərinizi edə bilərsiniz”.

Mais Ağayev aparatların yenidən bərpasına da aydınlıq gətirib: “Dayanacaqlarda mövcud olan “BakıKart” aparatlarının yenidən  quraşdırılması provayderin özündən asılıdır. Hazırda sərnişinlərin kart balansını artırma imkanları əvvəlki vaxtlarla müqayisədə daha genişdir”.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər