Saytımızı qiymətləndirin


 
 

Zelenski Rusiya və Belarus vətəndaşları ilə maliyyə əməliyyatlarını məhdudlaşdıran qanunu imzalayıb
Tarix: 17-11-2022 | Saat: 19:26
Bölmə:Karusel / Manşet | çapa göndər

Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və Belarus vətəndaşları ilə maliyyə əməliyyatlarının həyata keçirilməsini məhdudlaşdıran qanunu imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib.

 

Məlumatda bildirilib ki, ölkənin maliyyə sisteminin müdafiəsini təmin etmək üçün imzalanan bu qanun çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını alacaq.

“Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi Rusiya və Belarusla əlaqəli olan maliyyə əməliyyatlarının aşkarlanması və qarşısının alınmasına, o cümlədən də, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının aşkarlanması, qarşısının alınması üçün ölkə qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edəcək” – Nazirlik bildirib.

Qanunda həmçinin, Rusiya və Belarus vətəndaşlarının Ukraynada ilkin maliyyə monitorinqinin subyektlərinə rəhbərlik və idarəetmə postlarında yer almasının yolverilməzliyi vurğulanıb. Rusiya və Belarus vətəndaşları ilə maliyyə əməliyyatlarının məbləği 400 min Ukrayna qrivnasını (təqribən 11 min dollar) keçərsə, belə olan halda ilkin maliyyə monitorinqinin subyektləri Ukrayna Respublikasının Maliyyə Monitorinqi Xidmətinə hesabat verməli olacaqlar.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər