Saytımızı qiymətləndirin


 
 

Millimizin də iştirak edəcəyi Avropa çempionatı start götürür
Tarix: 19-01-2022 | Saat: 12:21
Bölmə:Karusel / İdman | çapa göndər

Millimizin də iştirak edəcəyi Avropa çempionatı start götürür

 

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.

Qarabaginfo.az xəbər verir ki, Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq.

Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı “Ziggo Dome” arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində – Amsterdamda və Qroningendə təşkil olunacaq.



Xəbəri paylaş

207 dəfə oxunub.

Digər xəbərlər
9-09-2020, 14:09 Sabahın hava proqnozu