Ana Sayfa > Karusel / İdman > Millimizin də iştirak edəcəyi Avropa çempionatı start götürür
Millimizin də iştirak edəcəyi Avropa çempionatı start götürür19-01-2022, 12:21. Yazar: Admin |
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək. Qarabaginfo.az xəbər verir ki, Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq.
Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı “Ziggo Dome” arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində – Amsterdamda və Qroningendə təşkil olunacaq. Geri dön |