Saytımızı qiymətləndirin


 
 

Katolikos: “Ermənistan erməni diasporunu məyus etdi”
Tarix: 19-01-2022 | Saat: 01:57
Bölmə:Karusel / Region | çapa göndər

Erməni diasporu Ermənistanla bağlı məyusluq yaşamağa başlayıb. Bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram Facebook-da yazıb.

O, 2022-ci ilin diaspor ili elan edilməsinin ciddi səbəbləri olduğunu qeyd edərək, ermənilərin böyük əksəriyyətinin diasporda yaşadığını bildirib. Onun sözlərinə görə, diaspora “kiçilməyə və solmağa” başlayıb.

“Xüsusilə son bir neçə ildə, ikinci Qarabağ müharibəsindən sonra, diaspor özünə qarşı biganəlik nümayiş etdirməyə, Ermənistana münasibətdə məyus olmağa başladı. Gənclər həyatımızdan, ümumi həyatımızdan, qurumlarımızdan uzaqlaşmağa başlayıb”, - deyə Aram yazıb.(virtualaz.org)



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər