Saytımızı qiymətləndirin


 
 

Ukrayna hərbçiləri Krım yaxınlığında döyüş atışlı təlimlər keçirir
Tarix: 05-01-2022 | Saat: 08:43
Bölmə:Karusel / Region | çapa göndər

 

Ukrayna hərbçiləri Krım yaxınlığında döyüş atışlı təlimlər keçirir

Ukrayna kəşfiyyatçıları Krım Muxtar Respublikasının yaxınlığında döyüş atışlı təlim tapşırıqları yerinə yetirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisi ilə inzibati sərhəd yaxınlığında döyüş tapşırıqlarını yerinə yetirən kəşfiyyatçı döyüşçülər düşməni yaxın məsafədən dəf etmək üçün təlimlər keçir.

Döyüşçülər atəş xəttinə qədər irəlilədikdən sonra bir-birini mühafizə edərək müxtəlif üsullarla döyüş meydanında hərəkət edirlər. Bu üsul müxtəlif mövqelərdən məqsədyönlü atəşlər aparmağa, eyni zamanda ərazinin və düşmənin hərəkətlərinin kəşfiyyatını izləməyə imkan verir.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər
28-09-2021, 13:25 İranda zəlzələ olub