Saytımızı qiymətləndirin


 
 

Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU
Tarix: 20-10-2021 | Saat: 14:49
Bölmə:Karusel / Təhsil / Cəmiyyət | çapa göndər

Azərbaycan Qərbi Kaspi Universitetinin Mühəndislik fakültəsində koronavirus aşkarlandığı üçün iki qrup distant təhsilə keçib.


Bu barədə Qarabaqinfo.az-a universitetin mətbuat katibi Vüsal Məmmədov məlumat verib.

 O bildirib ki, pandemiya qaydalarına uyğun olaraq, koronavirus infeksiyası aşkaralanan qrupların dərsləri onlayn rejimə keçirilib:

 “Qərbi Kaspi Universiteti pandemiya dövründə tədrisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında təşkil edir.

Ənənəvi tədris prosesində yalnız COVID-19 pasportu olan tələbələr iştirak edir. Eyni zamanda, maskadan istifadə vacib tələbdir”. MODERN.AZ



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər