Saytımızı qiymətləndirin


 
 

Amnistiya aktı nəticəsində dekabrın 1-dək 1391 məhkum azadlığa buraxılıb
Tarix: 03-12-2021 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

türmə - Publika.Az


"Penitensiar Xidmət üzrə noyabrın 5-dən dekabrın 1-dək 1787 məhkuma Amnistiya aktı tətbiq edilib".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-dək 1787 nəfər məhkum haqqında Amnistiya aktı tərtib edilib: "Onlardan 34 nəfəri qadın, 2 nəfəri yetkinlik yaşına çatmayan, 60 nəfəri isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəzaçəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb".

Qeyd edək ki, Amnistiya aktı 4 ay müddətində davam etdiriləcək.



Xəbəri paylaş

279 dəfə oxunub.

Digər xəbərlər