Saytımızı qiymətləndirin


 
 

Marketlərdə süni qiymət artımı... - "Şikayət edənlər çoxdur"
Tarix: 14-09-2021 | Saat: 16:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Ümumiyyətlə, bütün dünyada hansı yeni texnologiya tətbiq olunarsa hamısının mahiyyətində istehlakçını aldatmaq dayanır. Bu bəla Azərbaycandan da yan keçməyib”. 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Lent.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  bildirib: 

1

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

“Bizə gələn şikayətlərin çoxunda dükanda taxçada məhsulun qiyməti bir cür, çıxışda skaner oxuyanda isə daha yuxarı qiymət göstərildiyi qeyd olunur. İstehlakçılar hər dəfə şikayət edəndə bildirirlər ki, yanlışlıq olub. Əgər, səhv olursa o zaman taxçada qiymət yuxarı, skanerdə aşağı göstərsin. Bu cür səhv isə heç bir marketdə qeydə alınmayıb. Burada süni qiymət artımı ilə istehlakçıların hüququ pozulur. Əsəbləşmədən market rəhbərinə məlumat verilməlidir. Taxçada yazılan qiyməti kassada ödəmək istehlakçının hüququdur. Belə hallarda onlara məsləhət görürəm ki, İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə məlumat versinlər”. 

Eyyub Hüseynov qeyd edir ki, bu gün marketlərdə başqa bir problem də “gündəm”dədir. 

“Belə ki, çox məhsul alanda kassada alınan məhsulların qiymətindən əlavə, artıq qiymət qeyd edirlər. Məsələn, Nizami küçəsində yerləşən “Grandmarket”də qabıqlı qoz almışam, ləpə qozun qiyməti hesablanıb. Mən bunu sonradan hiss etdim. 8 manatlıq məhsula 68 manat yazılmışdı. Kassa çekinə və bankdan gələn mesaja diqqət etməsəydim, 60 manat artıq ödəniş etməli olacaqdım. Ona görə istehlakçılara diqqətli olmağı məsləhət görürəm”. 

AİB sədri  Azərbaycan hökumətinin biznes qurumları üçün bütün şərait yaratdıqlarını bildirib:

“Hökümətin bu siyasətini biznes qurumları qiymətləndirməyib, istehlakçıların cibinə girirlər. 
Bu cür şikayətlərlə bizə müraciət edənlər çoxdur".



Xəbəri paylaş

379 dəfə oxunub.

Digər xəbərlər