Saytımızı qiymətləndirin


 
 

BMT baş katibi Liviyaya çağırış edib
Tarix: 12-02-2022 | Saat: 08:44
Bölmə:Karusel / Dünya | çapa göndər

 

BMT baş katibi Liviyaya çağırış edib

BMT baş katibi Antoniu Quterreş Liviyaya çağırış edib.

Qarabaginfo.az xəbər verir ki, A.Quterreş ölkədə müharibə edən tərəflərə xalqın iradəsinə hörmət edilməsinə və seçkilərin mümkün qədər tez keçirilməsinə çağırıb.

“Ölkədə prezident və parlament seçkiləri prioritet olmalıdır”, - deyən A.Quterreş Liviyanın şərqində yerləşən Tobrukdakı Nümayəndələr Palatasının keçmiş daxili işlər naziri Fəthi Başağanın baş nazir seçilməsindən sonra tərəflərin də şəffaflıqla qərarlar qəbul etməli olduğunu bildirib.

Ölkədə sabitliyin qorunub saxlanmasının vacibliyini vurğulayan baş katib, səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçən 2,8 milyon vətəndaşın siyasi iradəsinə hörmət edilməsi zəruriliyini vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında BMT-nin himayəsi altında təşkil edilən Liviya Siyasi Dialoq Forumda ölkədə prezident və parlament seçkilərinin 24 dekabr 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib. Lakin Nümayəndələr Palatası və Dövlət Ali Şurasından ibarət partiyalar seçkilərin hüquqi infrastrukturunu müəyyən edəcək qanunla bağlı razılığa gələ bilməyiblər. Hüquqi problemlərə görə Liviyada seçkilərin keçiriləcəyi tarixi hələ də məlum deyil.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər