Saytımızı qiymətləndirin


 
 

ATƏT ABŞ-ı Quantanamonu bağlamağa çağırıb
Tarix: 11-01-2022 | Saat: 18:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

ATƏT ABŞ-ı Quantanamonu bağlamağa çağırıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Quantanamo həbs düşərgəsinin bağlanması ilə bağlı çağırış edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat verilib. Bildirilib ki, 11 sentyabr terror aktlarından sonra açılan bu həbs düşərgəsi artıq 20 ildir mövcuddur: “2002-ci ildə düşərgəyə ilk məhbuslar gətiriləndə Quantanamonun fəaliyyəti beynəlxalq insan haqları standartlarına zidd idi. Bu, 20 ildən sonra hələ də davam edir. Məhbusların hüquqlarının qorunması – həm davam edən pozuntulara son qoyulması, həm də keçmiş sui-istifadə hallarının aradan qaldırılması, terrorizmlə mübarizə və hamımız üçün təhlükəsiz cəmiyyətlər qurmaq çox vacibdir”.

ATƏT DTİHB ABŞ administrasiyasının 2021-ci ildə Quantanamodan daha bir məhbusun köçürülməsi və daha iki məhbusun azadlığa buraxılması ilə nümayiş etdirilən düşərgəni bağlamaq istiqamətində yenilənmiş öhdəliklərini təqdirəlayiq hesab edib: “Bu addımlara baxmayaraq, həbs düşərgəsinin həmişəlik bağlanmasına əmin olmaq üçün hələ görüləcək işlər var”.

ATƏT DTİHB Quantanamoda məhbusların hüquqlarının vəziyyəti ilə bağlı hesabatında düşərgənin fəaliyyəti və məhbuslarla rəftarla bağlı bir sıra ciddi insan hüquqları pozuntularını müəyyən edib.



Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər