Saytımızı qiymətləndirin


 
 

BMT nümayəndəsi: Wuf13 ilə bağlı Azərbaycan QHT-lərindən 90 istiqamət üzrə təklif qəbul etmişik
Tarix: 12-02-2026 | Saat: 10:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

BMT nümayəndəsi: Wuf13 ilə bağlı Azərbaycan QHT-lərindən 90 istiqamət üzrə təklif qəbul etmişik

“Wuf13-ə hazırlıqlar hazırda aktiv şəkildə aparılır".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramı üzrə Ölkə Ofisinin rəhbəri Anna Soave QHT-lər üçün təşkil edilmiş “Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu” mövzusunda WUF13 üzrə təlimdə deyib.

O qeyd edib ki, 2024-cü ildə keçirilmiş COP29 kimi mötəbər bir tədbirin təcrübəsi bu prosesin yüksək səviyyədə təşkil olunacağına işarə edir:
“ Prezident İlham Əliyevin 2026-cı ili ‘Şəhərsalma ili’ elan etməsi isə bu sahəyə ciddi yanaşıldığını bir daha göstərir.

11–17 may tarixlərində keçiriləcək tədbir çərçivəsində geniş fikir mübadiləsi aparılacaq. Artıq Azərbaycan QHT-lərindən 90 istiqamət üzrə təklif qəbul etmişik. Qlobal miqyasda isə ümumilikdə 1400 təklif təqdim olunub və onlardan 350-si seçiləcək. Seçilməyən təkliflər üçün də alternativ iştirak imkanları və müəyyən şərtlər mövcuddur”.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər