Tarix: 05-11-2021 | Saat: 14:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanda 2022-2025-ci illərdə 23 252,3 min ton neft məhsullarının istehsal ediləcəyi proqnozlaşdırılır.
Qarabaginfo.az xəbər verir ki, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Proqnoza əsasən, Azərbaycanda gələn dörd il ərzində neft məhsullarının istehsalı artacaq və 2025-ci ildə 5 852 minə çatacaq, bu da 2022-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,7% çoxdur.
Sənəddə qeyd olunur ki, 2025-ci ildə ölkədə 1 463 min ton avtomobil benzinləri və 2 457 min ton dizel yanacağı istehsal ediləcək ki, bu da 2022-ci ilin proqnoz göstəricisi ilə müqayisədə müvafiq olaraq 18,1% və 8,9% çoxdur.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
(min ton) |
2022-ci il |
2023-cü il |
2024-cü il |
2025-ci il |
Neft məhsullarının istehsalı |
5 755,8 |
5 802,5 |
5 842 |
5 852 |
Avtobenzinlər |
1 238,6 |
1 346,6 |
1 460,7 |
1 463 |
Hidrotəmizlənmiş benzin |
266,9 |
203,8 |
126,7 |
127 |
Dizel yanacağı |
2 255,6 |
2 437,8 |
2 452,1 |
2 457 |
Reaktiv mühərrik yanacağı |
614,3 |
616 |
619 |
620 |
Soba mazutu |
40 |
40 |
40 |
40 |
Neft koksu |
239,7 |
241,3 |
243,2 |
243 |
Neft bitumu |
400 |
400 |
400 |
400 |
Mühərrik yanacağı |
42,5 |
42,5 |
42,5 |
42 |
Sürtkü yağları |
28,9 |
28,9 |
28,9 |
28 |
Quru qaz |
86,6 |
86,6 |
87,1 |
87 |
(Apa)
Digər xəbərlər