Saytımızı qiymətləndirin


 
 

Lavrov və Rubionun müzakirə etdiyi məsələlər məlum olub
Tarix: 10-07-2025 | Saat: 16:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Lavrov və Rubionun müzakirə etdiyi məsələlər məlum olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ukrayna nizamlanması, İran və Suriya ətrafındakı vəziyyəti müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kuala-Lumpurda baş tutan görüş barədə məlumatında bildirilib.

Qeyd olunub ki, Lavrov və Rubio danışıqlar zamanı münaqişələrin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyiblər.

Bundan başqa Rusiya-Amerika iqtisadi və humanitar əməkdaşlığının bərpası üzrə qarşılıqlı niyyət də təsdiqlənib.

Rubio Lavrovla söhbətinin səmimi olduğunu deyib və əlavə edib ki, ABŞ “istənilən fürsətdə” Rusiya ilə təmas saxlayacaq.

Rubio bildirib ki, o, Lavrovla Ukrayna münaqişəsinə son qoymaq üçün “yol xəritəsi”nin necə görünə biləcəyi ilə bağlı bəzi ideyaları müzakirə edib.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər
28-05-2023, 18:48 Ərdoğan çağırış edib