"Xersonda vəziyyət son dərəcə mürəkkəbdir" - general Surovikin
Tarix: 19-10-2022 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər
1176 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-10-2022 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər
"Ayıq başla, vaxtında hərəkət etməliyik, çox sadə olmayan qərarların verilməsi istisna edilmir..."
"Komandanlıq Xerson və ətraf əhalinin təxliyə edilməsi barədə qərar qəbul edib..."
"Ukrayna Rusiyaya qarşı total və güzəştsiz müharibə elan edib..."
Xersonun işğalçı hakimiyyəti təlaşdadır...
Deyəsən, şəhərin Ukraynanın hücum edən hissələrinə təslim edilməsi qaçılmazdır, genişmiqyaslı diversiya və təxribatlar hazırlanır...
Rusiyanın Ukraynada "xüsusi əməliyyat" zonasında qoşun qruplaşmasının komandanı, general Sergey Surovikinin sözlərinə görə, "Xersonda vəziyyət son dərəcə mürəkkəbdir".
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Rossiya 24" telekanalına müsahibəsində bəyan edib.
"Ayıq başla, vaxtında hərəkət etməliyik, çox sadə olmayan qərarların qəbul edilməsi istisna edilmir", - general bəyan edib.
Surovikinin sözlərinə görə, "düşmən kritik infrastruktura zərbələr endirir", ona görə də Xerson şəhəri ilə bağlı "gələcək planlar və hərəkətlər yaranacaq hərbi-taktiki vəziyyətdən asılı olacaqdır".
Surovikin dəqiqləşdirib ki, Ukrayna qüvvələri HIMARS sistemlərinin mərmilərilə Antonov körpüsünü və Kaxovka SES-nin bəndini zədələyib.
Nəhayət, həm general Sudovikinin, həm də Xersonun işğalçı hakimiyyəti nümayəndələrinin bəyanatlarında "düşmənin qadağan edilmiş döyüş sursatlarından Kaxovka SES-ə zərbələr endirilməsi üçün istifadə edilməsinin" mümkünlüyü qeyd edilib.
Bir sıra rusiyalı və ukraynalı mənbələr, habelə ekspertlər və hərbi jurnalistlər rusiyalıların Xerson uğrunda döyüşlərə aktiv surətdə hazırlığı barədə bəyan edir.
Yayılan məlumatlara görə, Rusiya qruplaşmasının komandanlığı Xerson və onun ətrafının əhalisinin Krım və Krasnodar diyarının şəhərlərinə təxliyə edilməsi barədə qərar qəbul edib.
"Ukrayna tərəfindən Nikolayev və Krivoy Roq istiqamətlərdə genişmiqyaslı hücum üçün qüvvələr toplanır", - Xerson vilayəti qubernatorunun vəzifəsini müvəqqəti icra edən Vladimir Saldo "Telegram-kanal"ında məlumat verib. - Rusiya Federasiysı bu hücumun qarşısını almaq üçün hərbi qruplaşma formalaşdırıb".
Bu zaman vilayətin işğalçı hakimiyyəti Xerson şəhəri və vilayəti sakinlərinə öz videomüraciətini paradokdal bəyanatla başlayıb:
"Hörmətli Xerson vilayətinin sakinləri! Siz hamınız bilirsiniz ki, Ukrayna Rusiyaya total, güzəştsiz müharibə elan edib", - bununla da fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi və rusiyalı hərbçilərinin Ukraynanın dinc yaşayış məntəqələrinə güclü atəşlərə məruz qoyması ilə başlanan faciəli hadisələrin gedişini tamamilə təhrif edib.
"Kaxovka SES-in bəndinin planlaşdırılan dağıdılması ilə əlaqədar ərazilərin su basması və suyun elektrik stansiyasının kaskadından yuxarıya, Dnepr çayı axını istiqamətində vurulmasının bilavasitə təhlükəsi mövcuddur", - Saldo dolaşıq fikirlər səsləndirib, mümkün "dağıntılar" və "subasmalar"da, gözlənildiyi kimi, ukraynalı hərbçiləri ittiham etməməklə yanaşı, təbii ki, gələcək miqyaslı diversiya və təxribatlarda Rusiyanın məsuliyyətini də vurğulamayıb.
"Belə vəziyyətdə mən Berislav, Belozersk, Sniqirevsk və Alekdandrovsk rayonlarının mülki əhalisinin Dneprin sol sahilinə mütəşəkkil olaraq yerdəyişməsi barədə ağır, amma düzgün qərar vermişəm".
Vladimir Saldo yerdəyişməyə qərar verənlərə Rusiya Federasiyası hökuməti sədrinin müavini Marat Xusnullinə istinad edərək, Dneprin sol sahilində və ya "Rusiyanın uzaqda olan regionlarında" pulsuz yaşamaq üçün yaşayış sertifikatları veriləcəyini vəd edib.
"Hamıdan təmkinliyi saxlamağı, təlaşçılara baş qoşmamağı xahiş edirəm", - Saldo müraciətinin sonunda çağırış edib.
Regionda vəziyyətin ciddiliyini dolayısı ilə "DXR"-in sabiq "müdafiə naziri" İqor Qirkin (Strelkov) də təsdiq edib.
"Xersonda həyəcanlıdır", - o, özünün "Twitter" səhifədində lakonik qeyd edərək Surovikin və Saldonun çıxışlarından iqtibas gətirib.(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
1-12-2017, 12:43
Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM: “Əkinə yararlı torpaqları villa sahiblərinə satıblar!”
14-12-2022, 17:32
Azərbaycan XİN Fransa, ABŞ və Aİ-nin Şuşa-Laçın yolu ilə bağlı bəyanatlarına cavab verib
28-01-2022, 19:00
Britaniya səfiri: "Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq imkanları çoxalıb"
29-12-2021, 18:22
İkinci Qarabağ müharibəsi veteranları 80 manat təqaüd alacaqlar
11-10-2022, 16:40
Ukrayna XİN beynəlxalq ictimaiyyətə müraciət edib
16-02-2022, 10:02
Aİ Rusiya qazının tədarükündə məhdudiyyətlərə hazırdır
18-01-2021, 12:40
Əli Əhmədov: "Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir"
2-07-2022, 13:30
Gəncədə yazıçı Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirilib