Saytımızı qiymətləndirin


 
 

İranda SEPAH üzvü qətlə yetirildi, 2 nəfər yaralandı
Tarix: 14-06-2023 | Saat: 10:32
Bölmə:Karusel / Region | çapa göndər

İranda SEPAH üzvü qətlə yetirildi, 2 nəfər yaralandı

İranın Kirmanşah vilayətinin Qərbi İslamabad şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvlərinə silahlı hücum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə SEPAH-ın Kirmanşah Korpusunun İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.

Qərbi İslamabadda baş vermiş atışma nəticəsində SEPAH üzvü Mehdi Şahməliki öldürülüb, digər iki əməkdaşı isə ağır yaralanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.(Yenisabah.az) 



Xəbəri paylaş

1169 dəfə oxunub.

Digər xəbərlər