Tarix: 18-01-2022 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kürdəmir sakini həkimin onu səhv əməliyyat etdiyini iddia edib.
Kor bağırsaq sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim tərəfindən öd kisəsi götürülüb. Hətta bu azmış kimi xəstənin daxilində əməliyyat zamanı tibbi vasitələrin qaldığı da iddia olunur. Səslənən iddialara xəstəxananın baş həkimi də münasibət bildirib.
Söhbət Kürdəmir rayon Ərşəli kənd sakini 63 yaşlı Zeynəb Hüseynovadan gedir.
“Xəzər Xəbər”ə danışan qadın qeyd edib ki, 2020-ci ildə qarın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan özəl klinikalardan birinə müraciət edib.
Xəstənin sözlərinə görə, müayinə zamanı ona kor bağırsağında iltihabın olduğu və bunun dərhal əməliyyat olunması deyilib. Əməliyyat klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən olunub. Qadının iddiasına görə, həkim onu səhv əməliyyat edib.
Məsələ ilə bağlı klinikanın rəhbəri və həkim cərrahı Ağamir Ağayev səslənən iddialara cavab verib.
Qadının əməliyyat olunan yerinin aylardır sağalmaması məsələsinə gəldikdə isə həkim deyir ki, o, pasiyentə təklif edib ki, gəlin baxaq. Lakin özləri sonradan başqa həkimə getmək istəyiblər.
Qeyd edək ki, Zeynəb Hüseynova başına gələn bu hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edib.
Digər xəbərlər