Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu gürcü həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib
Tarix: 23-09-2022 | Saat: 20:13
Bölmə:Siyasət / Karusel | çapa göndər

Çavuşoğlu gürcü həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və onların nəticələrinə dair müzakirə aparıblar.

XİN başçıları Gürcüstan və Türkiyə arasında beynəlxalq formatlarda əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini də nəzərdən keçiriblər. Söhbət əsnasında Gürcüstan və Türkiyənin iştirakı ilə uğurlu regional əməkdaşlıq formatlarına və bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyinə toxunulub.

 

"Nazirlər regionda mövcud təhlükəsizlik mühitini nəzərdən keçirib və regionun davamlı inkişafı üçün sabitlik və sülhün vacibliyini vurğulayıblar",- deyə məlumatda qeyd olunub.

 

İliya Darçiaşvili Borjomi vadisində yanğınsöndürmə işləri zamanı Türkiyənin dəstəyinə görə təşəkkür edib.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər