Saytımızı qiymətləndirin


 
 

“Çeçenistandakı universitetə PUA zərbəsi zamanı ukraynalı əsirlərdən ölənlər olub”- KADIROV
Tarix: 30-10-2024 | Saat: 14:47
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin Qudermesdəki binasına PUA hücumu nəticəsində ukraynalı hərbi əsirlər arasında itkilər olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

“Bizim tərəfimizdən itki yoxdur. Amma ukraynalı əasirlər arasında var. Respublikanın hər bir strateji obyektində Rusiya ərazisində də daxil olmaqla 10-a qədər ukraynalı məhbus saxlanılır. Bizə zərər verməyə çalışan Kiyev bu gün öz əsgərlərini öldürüb”, – Kadırov deyib.

O, bununla bağlı heç bir sübut təqdim etməyib.

Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti xüsusi təyinatlıları hazırlayan və həmçinin Ukraynaya qarşı müharibəyə göndəriləcək könüllülər hazırlayan özəl təhsil müəssisəsidir. Universitet 2013-cü ildə Kadırovun təklifi ilə yaradılıb. 20 fevral 2024-cü ildə təhsil müəssisəsinə Rusiya prezidenti Vladimir Putinin adı verilib. Aprelin sonunda Çeçenistan rəhbərinin oğlu, 16 yaşlı Adam Kadırov qurumun kuratoru təyin edilib.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər