Tarix: 13-12-2017 | Saat: 08:46
Bölmə:Manşet / Karusel | çapa göndər
Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu bərpa edib.
"Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, qurumun yaydığı elana görə, həmçinin qurumun üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir.
Sənədlər VK-nın binasında – Səməd Vurğun küçəsi 48 ünvanında dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər kollegiyaya aşağıdakı sənədləri təqdim etməlidir:
- VK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərrizə forması
- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti
- Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti
- Əmək kitabçasının tədiq olunmuş surəti
- Əqli cəhətdən sağlamlıq haqqında tibbi arayış
- 3*4 sm 4*6 sm ölçüdə 4 ədəd rəngli şəkil
- Kadrların şəxsi məlumat vərəqəsi
- Tərcümeyi-hal
Digər xəbərlər