Tarix: 22-03-2022 | Saat: 00:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.
Qarabaginfo.az xəbər verir ki, məlumatı Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova “Russia Today” telekanalının “Antonimlər” proqramının efirində təsdiqləyib.
O, bunun ilk mübadilə olduğunu deyib.
"Birinci mübadilə oldu - doqquz nəfər, onların bəziləri mənim müraciətlər yolu ilə formalaşdırdığım siyahıdandır. Ümid edirəm ki, siyahılar, prosedurlarla gecikməyəcəyik", - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi barədə məlumat yayılmışdı. Lakin bunun rəsmi təsdiqi yox idi. Eyni zamanda martın 1-də də Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, proses Ukraynanın Sum vilayətində baş verib. Ukrayna tərəfi 5 hərbçisi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.
Digər xəbərlər