Ana Sayfa > Manşet / Karusel > Azərbaycanda vəkilliyə qəbul bərpa olundu

Azərbaycanda vəkilliyə qəbul bərpa olundu


13-12-2017, 08:46. Yazar: Admin

 

Azərbaycanda vəkilliyə qəbul bərpa olundu

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında"  Qanununun tələbinə uyğun olaraq  Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu bərpa edib.

"Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, qurumun yaydığı elana görə, həmçinin qurumun  üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir. 

Sənədlər VK-nın binasında – Səməd Vurğun küçəsi 48 ünvanında dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir. 

Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər kollegiyaya aşağıdakı sənədləri təqdim etməlidir:

- VK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərrizə forması

- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti

- Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti

- Əmək kitabçasının tədiq olunmuş surəti

- Əqli cəhətdən sağlamlıq haqqında tibbi arayış

- 3*4 sm 4*6 sm ölçüdə 4 ədəd rəngli şəkil

- Kadrların şəxsi məlumat vərəqəsi

- Tərcümeyi-hal


Geri dön