Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatına 21 milyon manat ayrılıb
Tarix: 12-02-2019 | Saat: 18:44
Bölmə:Manşet / Karusel | çapa göndər

ilham ile ilgili görsel sonucu

 

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Qarabaginfo"nun məlumatına görə, sərəncamla əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncamda bildirilir ki, respublikamızda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, digər sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır və hazırda da bu işlər uğurla davam etdirilir.

Bu məqsədlə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının daha artıq inkişaf etdirilməsi üçün strateji əhəmiyyəti olan bir sıra iri su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmiş, on minlərlə hektar yeni suvarılan sahə əkin dövriyyəsinə daxil edilmiş, mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, eyni zamanda, rayon mərkəzləri və onlara bitişik yaşayış məntəqələri içməli su ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılmışdır. 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu qazılmışdır və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subartezian quyusunda qazma işləri aparılmaqdadır.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Xəbəri paylaş

523 dəfə oxunub.

Digər xəbərlər
26-10-2023, 11:49 Makron Qazaxıstana gedir