Saytımızı qiymətləndirin


 
 

Şahmar Mövsümov: "COVİD pasportu ilə bağlı tələbin toylara tətbiqi də nəzərdə tutulur"
Tarix: 25-05-2021 | Saat: 12:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

#

“İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, burada söhbət konsert, kinoteatr, toylar, digər şənliklərdən gedir: “Bunun nə zaman tətbiq olunacağı barədə məlumat veriləcək”.



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər
28-11-2021, 23:18 Rüşvəti yayan tapıldı