Saytımızı qiymətləndirin


 
 

Ülvi İldırımzadə həbsdən buraxılıb
Tarix: 15-02-2021 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ülvi İldırımzadə həbsdən buraxılıb

 

Bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə ev dustaqlığına buraxılıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, ötən ilin yayında həbs edilən Ü.İldırımzadənin ev dustaqlığına buraxılması üçün vəkili İlkin Ələsgərov məhkəməyə vəsatətlə müraciət edib.

Fevralın 11-də Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürova vəsatəti təmin edib və Ü.İldırımzadə ev dustaqlığına buraxılıb.

Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri, atası Yunis İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Qeyd edək ki, Yunis İldırımzadənin əmisi Yusif İldırımzadə Xətai rayonunun keçmiş prokuroru olub. O, sabiq daxili İşlər naziri Ramil Usubovun qudasıdır.

Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.Qafqazinfo.az



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər
17-08-2022, 12:56 Narkoman sürücü tutuldu
7-02-2023, 17:46 Vardanyan Moskvaya qaçdı