Saytımızı qiymətləndirin


 
 

MSK-da işə qəbulda qanunsuzluq aşkarlanıb
Tarix: 20-04-2022 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditi açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, aparılmış kənar dövlət nəzarəti tədbiri nəticəsində müəyyən edilib ki dövlət qulluğuna qəbul test imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələbinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi statusunun "Dövlət qulluğu haqqında" qanununa uyğunluğu ilə bağlı yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər göndərilib.

Bundan əlavə, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi halda və eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi ilə bağlı əmək müqavilələri barədə məlumatların müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim edilmədiyi halda 877 nəfər işə qəbul olunub.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər